Yaxın Şərqdə gərginliyin azalması əlamətləri fonunda əvvəlki sessiyanı kəskin ucuzlaşma ilə başa vuran neft qiymətləri çərşənbə axşamı səhər yenidən yüksəlib.
Bakı vaxtı ilə saat 09:09-a olan məlumata görə, “Brent” markalı neftin oktyabr fyuçersləri Londonun ICE Futures birjasında 1,25 dollar və ya 1,49 faiz bahalaşaraq 85,02 dollara çatıb.
Bazar ertəsi “Brent”in qiyməti 6,35 dollar və ya 7 faiz azalaraq 83,77 dollar təşkil etmişdi.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-York Əmtəə Birjasında 0,90 dollar və ya 1,12 faiz artaraq 81,24 dollara yüksəlib. Əvvəlki sessiyada WTI 4,33 dollar və ya 5,1 faiz ucuzlaşaraq 80,34 dollara enmişdi.

