Xəbər verdiyimiz kimi, Sumqayıtda 29 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
Den.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində Səməd Vurğun küçəsində qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, hadisə ötən gün saat 2 radələrində baş verib. Öldürülən Nicat Bayramov, Sumqayıtda 34-cü məhəllədə yaşayır və avtosalonların birində çalışırmış. Hadisə baş verən kafeyə elə iş yoldaşı ilə birlikdə gedibmiş. İddia olunur ki, Nicat Bayramov Nüsrət Həsənəlili ilə kafenin sanitar qovşağın üzləşib və tərəflərdən birinin çiyin nahiyəsi digərinə dəyib. Nicat bayramov üzürxahlıq etsədə, ancaq qarşı tərəf onu bağışlamayıb. Bir neçə dəqiqə sonra Nüsrət Həsənəli Nicatı söhbətə çağırıb və cibində gəzdirdiyi bıçaqla onun boyun və ürək nahiyəsinə bıçaq zərbələri vurub. Çoxlu qan itirən 29 yaşlı gənc iş yoldaşı və digər şəxslərin köməyi ilə Təcili Tibbi Yardıma çatdırılsada, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Nicat Bayramov aldığı zərbələrdən dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu məlumat yayıb. 25 yaşlı Nüsrət Həsənəlilinin şəhərin H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Nicat Bayramov ailəli olub və 2 azyaşlı övladı qalıb.
Sumqayıtda 29 yaşlı gənc görün nəyin üstünə öldürülüb?: QƏTLİN TƏFƏRRÜATI-VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.