Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır hadisə baş verib.
Bu barədə DenMedia.az ajans.az-a istinadən xəbər verir.
Məlumata görə, rayon sakini 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma prosesində olduğu həyat yoldaşı 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın avtomobili ilə qəsdən toqquşub.
Hadisədən sonra qadına hücum edilib və Sevinc Məmmədova aldığı xəsarətlərdən həyatını itirib.
Avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, 1974-cü il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Xudenko da hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

