İstanbulun Kağıthane rayonuna bağlı Yahya Kemal məhəlləsində şübhəli ölüm hadisəsi baş verib.
Hadisə 12 iyun cümə günü saat 12:30 radələrində qeydə alınıb. Məlumata görə, yeni evləndiyi bildirilən 26 yaşlı Sevil Yengeç D. axşam saatlarında anası və həyat yoldaşı 28 yaşlı Furkan D. ilə birlikdə evdə vaxt keçirib.
Anasının evdən ayrılmasından sonra qadının yatdığı bildirilib. Səhər saatlarında oyanan Furkan D. həyat yoldaşının yanında olmadığını görüb. Ona səslənsə də, cavab ala bilməyib. Daha sonra salona keçən Furkan D. həyat yoldaşını hərəkətsiz vəziyyətdə tapıb və bu barədə təcili tibbi yardım əməkdaşlarına məlumat verib.

Bildiriş əsasında hadisə yerinə gələn tibb işçiləri Sevil Yengeç D.-nin həyatını itirdiyini müəyyən ediblər. Polis əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıb.
İfadəsi alınan Furkan D.-nin həyat yoldaşını salonda hərəkətsiz vəziyyətdə gördüyünü və daha sonra tibb işçilərinə xəbər verdiyini dediyi öyrənilib.
Hadisə yerində aparılan ilkin araşdırmadan sonra Sevil Yengeç D.-nin meyiti dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Ədli Tibb Qurumunun morquna aparılıb.

Evdə aparılan araşdırma zamanı polis əməkdaşlarının qadına aid olduğu bildirilən və üzərində “Ana, sənə layiq ola bilmədim” yazılan qeyd aşkarladığı qeyd olunub.
Polis idarəsinə aparılan Furkan D.-nin “məlumat sahibi” qismində ifadəsinin alındığı bildirilib. Onun ifadəsində həyat yoldaşı ilə aralarında problem olmadığını, hadisə günü axşam saatlarında qadının anasının evlərinə gəldiyini, birlikdə oturduqlarını, daha sonra anasının evdən ayrıldığını və həyat yoldaşı ilə mübahisə etmədiklərini dediyi öyrənilib.
Hadisə ilə bağlı araşdırma davam edir.

