Bakının Nərimanov rayonunda yerləşən mağazalardan birində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs mağazaya müştəri adı ilə daxil olub.
O, satıcının diqqətinin yayındığı məqamdan istifadə edərək mağazanın sahibinə təxminən 1 500 manat məbləğində maddi ziyan vurub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

