Mağazadan oğurluq edən şəxs saxlanılıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda yerləşən mağazaların birindən oğurluq edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı H.Baloğlanov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazadan satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı araşdırma davam etdirilir.

