Zaqatala rayonunda fərdi yaşayış evindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Denmedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində R.Musayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun rayon ərazisində yerləşən daha bir neçə fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilindiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

