13 
okt
2023
10:43
152

Biləsuvarda evlərdən oğurluq edən şəxslər saxlanılıb-FOTO

13 okt, 2023
10:43
152

Biləsuvarda evlərdən oğurluq edən şəxslər saxlanılıb-FOTO

Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış evlərinin birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Den.az-ın yerli bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini T.Şatanov və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayon ərazisindəki daha 2 yaşayış evindən də oğurluq etdikləri müəyyən edilib. Oğurlanan əşyalar onların gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar