Qohumunun evindən 51 min manat oğurlayan şəxs saxlanılıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub. Araşdırma aparılır.

