Göz yaşları yığılan stressin azalmasına kömək edə bilər.
Bu barədə LIFE.ru-ya psixosomatoloq, mental sağlamlıq üzrə mütəxəssis Yelena Verşinina bildirib.
Onun sözlərinə görə, qəzəb, inciklik, məyusluq, qorxu və kədər kimi güclü emosional hallar sinir sistemində müəyyən prosesləri işə salır.

Verşinina qeyd edib ki, emosional gərginliyi azaltmağın ən sadə və təbii yolu hisslərə çıxış imkanı verməkdir. Bəzən bu, göz yaşları vasitəsilə baş verir, çünki insan hər zaman yaşadıqlarını sözlə ifadə edə bilmir.
Psixosomatoloq vurğulayıb ki, bir çox insana uşaqlıqdan emosiyalarını gizlətmək öyrədilir və bu da hisslərin boğulmasına gətirib çıxarır. Onun sözlərinə görə, göz yaşları zəiflik əlaməti deyil, orqanizmin təbii reaksiyasıdır.

