Uels şahzadəsi Keyt Middlton və şahzadə Uilyam Londonda Bekhem ailəsi ilə bir araya gəliblər.
People nəşrinin məlumatına görə, cütlük Londonda keçirilən “Digger” filminin dünya premyerasına qatılıb.
Keyt Middlton tədbir üçün dərin dekolteli və şəffaf qollu bənövşəyi libas seçib. Onun saçları yüngül dalğalarla formaya salınıb, makiyajı isə gecə tədbirinə uyğun hazırlanıb.
Premyera zamanı kral ailəsinin üzvləri məşhur futbolçu Devid Bekhem və onun oğulları Kruz və Romeo ilə birlikdə xatirə fotosu çəkdiriblər.

Bundan əvvəl, avqustun 20-də The Telegraph nəşri şahzadə Harri və həyat yoldaşı Meqan Marklın avqustun sonunda ABŞ-dən Böyük Britaniyaya köçməyi planlaşdırdıqlarını yazıb.
Nəşrin məlumatına görə, ailə Londondan kənarda yerləşən, kral ailəsinə məxsus olmayan şəxsi iqamətgahda məskunlaşmağı düşünür. Onların övladları – yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibetin isə sentyabrda Britaniyada məktəbə başlamaları nəzərdə tutulur.
Britaniyanın Mirror qəzeti isə şahzadə Harrinin ailəsi ilə birlikdə Böyük Britaniyaya qayıdacağı barədə xəbərin Kral III Çarlzı təəccübləndirdiyini iddia edib.

