Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yaxın günlərdə ABŞ-dan İngiltərəyə köçəcəklər. Bu barədə The Telegraph məlumat yayıb.
Cütlük 6 il ABŞ-da yaşadıqdan sonra Böyük Britaniyaya qayıtmağa hazırlaşır. Köçün avqustun sonuna qədər baş tutacağı gözlənilir.
Harri və Meqan kral ailəsinə məxsus olmayan özəl kənd iqamətgahında yaşayacaqlar. Onların övladları – 7 yaşlı Şahzadə Arçi və 5 yaşlı Şahzadə Lilibet sentyabr ayında İngiltərədə məktəbə başlayacaqlar.
Cütlüyün ölkəyə qayıtması 2020-ci ildən başlayan və uzun illər davam edən kral III Çarlz və Şahzadə Uilyamla gərgin münasibətlərə yeni mərhələ gətirə bilər. Həmin il Harri və Meqan kral ailəsinin yüksək rütbəli üzvləri kimi vəzifələrini yerinə yetirməkdən imtina edərək ABŞ-a köçmüşdülər.

The Telegraphın mənbələrinə görə, kral III Çarlz Harri və Meqanın qayıdacağını avqustun 16-da öyrənib. Monarxın yaxınlarını daha tez-tez görmək imkanının yaranmasından məmnun olduğu bildirilir.
Qayıdış barədə Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton da məlumatlandırılıb. Onların Harri və Meqanın İngiltərəyə qayıtmasının əsas əleyhdarları hesab olunduğu bildirilirdi.
Bununla belə, məlumata görə, Harri və Meqan hələlik kral ailəsində rəsmi vəzifələrə qayıtmağı planlaşdırmırlar.

