Uels şahzadəsi Keyt Middlton Royal Ascot at yarışlarında parlaq obrazı ilə diqqət çəkib. Bu barədə “Hola” məlumat yayıb.
Middlton ənənəvi kral tədbirinə iki ildən sonra ilk dəfə qatılıb. O, Berkşir qraflığındakı ippodroma şahzadə Uilyamla birlikdə gəlib.
Cütlük kral karvanının önündə ippodromda görünüb və bu, qonaqların, eləcə də fotoqrafların böyük marağına səbəb olub.

Royal Ascot qaydalarına uyğun olaraq Keyt Middlton tədbir üçün Britaniyanın Roksanda brendinə məxsus parlaq sarı midi libas seçib. Bədənə oturan geyim bir çiynindəki həcmli asimmetrik bant detalı ilə seçilib.
Şahzadənin bu obrazı tədbirin ən çox müzakirə olunan görünüşlərindən biri olub.

