Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb.
Den.az Qafqazinfo-ya istinadən məlumat verir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib.
Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.
Qərara əsasən, E.Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Y.Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Elman Məmmədov Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin yaxın kadrlarından biri kimi tanınır.
Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.