Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən muxtar respublikada səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması məqsədilə yeni tibb müəssisələri yaradılıb.
"Den.az" xəbər verir ki, yaradılan yeni tibb müəssisələri sırasında “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsi və “Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsi də var. Mərkəzlərin yaradılması səhiyyədə idarəetmə və xidmət funksiyalarının bir-birindən ayrılması və mərkəzləşmiş şəkildə hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli səhiyyə mexanizminə nail olunmaq, əhalinin yerlərdə yüksək səviyyədə tibbi xidmət almasına kömək etməkdən ibarətdir.
Həmçinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan kənd həkim ambulatoriyaları və kənd sahə xəstəxanalarının bazasında publik hüquqi şəxs statuslu ailə sağlamlıq mərkəzləri, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin əsasında “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin Qan Bankının, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin tərkibində olan qan kabinələrinin bazasında isə “Qan bankı və Qan köçürmə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. ( APA)
Naxçıvanda yeni tibb müəssisələri yaradılıb - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.