İyulun 11-də Biləsuvar rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Biləsuvar Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasında 10 kV-luq birinci bölmədə təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi və Zəhmətabad kəndlərində, eləcə də Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

