Sabah – oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz isə 20-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək.
Rayonlarda temperatur gecə 13-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
Dağlıq ərazilərdə isə gecə 2-7 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.

