Sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21, gündüz isə 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz isə 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 14-19, gündüz 28-33 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 18-23 dərəcə isti gözlənilir.

