Sentyabrın 16-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18–22 dərəcə isti, gündüz isə 28–33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70–75, gündüz 45–55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 18–21 dərəcə isti, gündüz 30–35 dərəcə isti, dağlarda isə gecə 8–13 dərəcə, gündüz 22–27 dərəcə isti olacaq.

