Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda havanın temperaturu gecə 23–26 dərəcə, gündüz isə 29–34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70–75 faiz, gündüz 45–50 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçsə də, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Gecə və səhər saatlarında dağlıq yerlərdə arabir duman müşahidə ediləcək.
Rayonlarda temperatur gecə 22–26 dərəcə, gündüz 34–39 dərəcə, dağlarda isə gecə 15–20 dərəcə, gündüz 23–28 dərəcə isti olacaq.

