Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz isə 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti, dağlarda isə gecə 2-7 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.

