Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22–25 dərəcə, gündüz isə 30–34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70–80 faiz, gündüz isə 50–55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan yağışı və şimşək ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 22–26 dərəcə, gündüz 34–39 dərəcə isti, dağlarda isə gecə 15–20 dərəcə, gündüz 23–28 dərəcə isti olacaq.

