Daxili İşlər Nazirliyindən yeni dələduzluq əməllərinə qarşı ehtiyatlı olmaları üçün vətəndaşlara SMS-lər göndərilib.
Den.az xəbər verir ki, SMS xəbərdarlıqda, "Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk" deyə yazılıb. Həmçinin bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.
Məsələ ilə bağlı DİN mətbuat xidmətindən Den.az-a bildirilib ki, nazirlik tərəfindən vətəndaşların dələduzluğa məruz qalmamaları ilə bağlı məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə onlara SMS məlumatlar göndərilir:
“Bir daha vətəndaşlara cərimə, kommunal və digər ödənişlərlə bağlı yaradılan saxta səhifələrə etibar etməmələri, rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olmaları, dövlət qurumlarının, eləcə də bankların adından yaradılan saxta səhifələrə pul vəsaitlərini ödəməmələri tövsiyə olunur.
Belə hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya onun sosial şəbəkə hesablarına müraciət edə bilərlər”.
Nazirlikdən həmçinin bildirilib ki, son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb-səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır:
"Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir. Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.
Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur".
Qeyd edək ki, bir neçə gün əvvəl Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə müəyyən adlar və bənzər domen nümunələrində yaradılmış saxta səhifələrin adlarını açıqlayıb.
Həmin səhifələr aşağıdakılardır:
hxxps://asanodeme.info/kommunal
hxxps://asan-cerime.net
hxxps://asan-cerime.biz
hxxp://asan-cerime.com
Azərbaycanda yeni DƏLƏDUZLUQ: DİN-dən XƏBƏRDARLIQ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.