dek
2023
21:29
342

"Mənalı ömür yolu": Masazırdakı 2 nömrəli məktəbdə Ulu Öndər belə anıldı - VİDEO

8 dek, 2023
21:29
342

"Mənalı ömür yolu": Masazırdakı 2 nömrəli məktəbdə Ulu Öndər belə anıldı - VİDEO

Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən "Vətənə, xalqa həsr edilən ömür" adlı möhtəşəm tədbir Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin təqdimatında nümayış etdirilib. 

Direktor Mehparə Əhmədovanın rəhbərliyi ilə keçirlən tədbirdə tarix müəllimi Təranə Səfərəliyeva çıxış edərək, əbədiyaşar liderimiz Heydər Əliyevin sarsılmaz  siyasəti , onun Azərbaycançılıq ideologiyası haqqında, xüsusən dövlət gənclər siyasəti ilə bağlı şagirdləri məlumatlandırıb. O, Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinədə nəzər saldı. Olduqca maraqlı keçən tədbirdə məktəblilərin Ulu öndərimizin siyasətinə sadiq olduqlarını, bu siyasətin uğuruna ürəkdən inandıqlarını aydın hiss etmək olurdu. Şagirdlər Ümumilli Liderin kəlamlarından statlar gətirdilər, dahi şəxsiyyətə aid şeirlər söyləyiblər.


Bu kimi tədbirlərin bundan sonrada mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar