“Zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsil alan kadrlar bu gün də dövlətçiliyin inkişafına öz töhfələrini verirlər”.
Den.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 10-da ADA Universitetində keçirilən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfransda çıxışı zamanı deyib.
“Həmin dövrün sənədlərinə baxdıqda məlum olur ki, Heydər Əliyevin fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Ancaq istəkləri baş tutmadı”.
H.Hacıyev qeyd edib ki, tarixçilər öz araşdırmalarında bəzən ermənilərin yalnız Qarabağı öz ərazisi kimi təqdim etməsini vurğulayır:
“Lakin tarixçilər araşdırmalarında nəzərə almalıdır ki, onlar nəinki Qarabağı, eləcə də Naxçıvanı Ermənistana birləşdirməklə oranı Şərqi Ermənistan kimi təqdim etmək istəyirdilər. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi də baş tutmadı. O, Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi.
1993-cü ilə qədər Azərbaycanı tam şəkildə müstəqil hesab etmək olmazdı. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu. Qürur hissi duyuram ki, məhz Ulu Öndərin yürütdüyü milli kadr siyasətinə uyğun olaraq mən də Xarici İşlər Nazirliyində işləmişəm”.
Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.