Ağ Ev Moskvada Rusiya və ABŞ nümayəndələri arasında keçirilən danışıqlara münasibət bildirib. Reuters-in məlumatına görə, tərəflər Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda atılacaq növbəti addımları müzakirə ediblər.
Bildirilir ki, razılaşdırılan mümkün tədbirlərlə bağlı yaxın həftələrdə məlumat verilə bilər.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvaya gəliblər. Onları hava limanında Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.
ABŞ nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü 3 saat 10 dəqiqə davam edib.
Denmedia.az

