Verdiyi kilolarla tez-tez gündəmə gələn Ata Demirer arıqlama prosesi ilə bağlı diqqət çəkən açıqlamalar verib. Məşhur komediyaçı bildirib ki, bədəndə ödem kimi düşünülən hal əslində çox vaxt karbohidratların toplanmasıdır.
Son illərdə çəkisi ilə diqqət çəkən Ata Demirer qidalanma rejimi ilə bağlı fikirləri ilə yenidən gündəmə gəlib. O, xüsusilə karbohidrat istifadəsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
“Ödem sandığınız şey aslında karbonhidrat” — deyə Ata Demirer bildirib və insanların ödem atdığını düşündüyü halda əslində karbohidrat yandırdığını qeyd edib.
Qidalanma ilə bağlı konkret fikirlər səsləndirən komediyaçı təbii qidaların seçilməli olduğunu deyib. O, tərəvəz, meyvə, ət, balıq və yumurta istehlakını tövsiyə edib, emal olunmuş qidalardan uzaq durmağın vacibliyini vurğulayıb.

Ata Demirer çörək, makaron, düyü, xəmir məhsulları, şirniyyatlar və paketlənmiş qəlyanaltıların bədəndə toplandığını bildirərək bu qidaların məhdudlaşdırılmalı olduğunu qeyd edib.
“Su iç, idman et, qalanı öz-özünə gəlir” — deyə Ata Demirer əlavə edib.

