Müğənni Shaman — əsl adı Yaroslav Dronov — və “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina qapalı toy mərasiminə təxminən 177 min manat xərcləyiblər.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, mərasim Moskvada, Petrovka küçəsində yerləşən “Bolşoy” restoranında keçirilib. Məkanın icarəsi Shaman və Mizulinaya 6 milyon rubla başa gəlib. Cütlük əlavə olaraq 600 min rubl xidmət haqqı ödəyib. Qalan məbləğ isə dekorasiya, güllər, personal və digər təşkilati məsələlərə sərf olunub.
Mash-ın yazdığına görə, gecənin yeganə səhnə qonağı müğənni Qriqori Leps olub. Bildirilir ki, “Samıy luçşiy den” hitinin ifaçısı mərasimdə dostluq münasibətinə görə çıxış edib.

Toy 13 iyunda mümkün qədər qapalı formatda keçirilib. Qonaqlar arasında sənətçinin qayınanası Yelena Mizulina, eləcə də ailə və yaxın dost çevrəsindən bir neçə nəfər olub.
Qeyd edək ki, Shaman və Yekaterina Mizulina nikahlarını 2025-ci ilin noyabr ayının əvvəlində rəsmiləşdiriblər. Nikah mərasimi Donetskdəki qeydiyyat şöbələrindən birində baş tutub.
Cütlük ənənəvi toy geyimlərindən imtina edib. Onlar nikah mərasimi üçün hərbi formanı xatırladan yaşıl geyim, qara alt geyim və ağ ayaqqabı seçiblər.

