İngiltərəli aktrisa Helena Bonem Karter sevgilisi, norveçli psixoanalitik və incəsənət tarixçisi Ray Holmbö ilə Londonda görüntülənib.
Daily Mail nəşrinin məlumatına görə, 60 yaşlı aktrisa və 38 yaşlı sevgilisi iki itləri ilə birlikdə gəzintiyə çıxıblar.
Karter yaşıl kardiqan, parlaq rəngli köynək və çiçək naxışlı ətək geyinib. Onun sevgilisi isə açıq mavi köynək və eyni rəngdə şorta üstünlük verib.

Cütlüyün ictimaiyyət qarşısında birlikdə nadir hallarda görünməsi paparassilərin diqqətindən yayınmayıb.
Qeyd edək ki, 2025-ci ilin noyabrında Helena Bonem Karter və rejissor Tim Börtonun 17 yaşlı qızı Nell Börton model kimi debüt edib. O, Larkspur & Hawk zərgərlik brendinin “The Palette” kolleksiyasının reklam kampaniyasında anası ilə birlikdə çəkilib.

