Məşhur müğənni Ferhat Göçer sevgilisi Ömür Gedikin heyvan sevgisinə görə evlərinin az qala sığınacağa çevrildiyini deyib.
Evində hazırda 30 pişiklə birlikdə yaşadıqlarını bildirən Göçer lüks villalarının son vəziyyətinə zarafatla reaksiya verib.
Cütlüyün evinə son olaraq bir keçi balasının da gətirilməsi diqqət çəkib. Ömür Gedikin keçi balasını butulka ilə qidalandırdığı anları sosial şəbəkədə paylaşmasından sonra Ferhat Göçer təəccübünü gizlədə bilməyib.

“İşimiz bitdi... Keçi də gəldi...” — deyə sənətçi zarafatla bildirib.
Cütlüyün bu əyləncəli ev həyatı qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub.

