Leonardo Di Kaprio İbitsada istirahət edərkən sevgilisi Vittoriya Çeretti ilə birlikdə görüntülənib.
Daily Mail-in məlumatına görə, 51 yaşlı aktyor ağ futbolka, mavi şort, qara beysbol papağı və gün eynəyi ilə görüntülənib.
Pərəstişkarların diqqətini isə daha çox Di Kaprionun xeyli arıqlamış görünüşü çəkib. Aktyorun son halı sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.

Onunla birlikdə istirahət edən Vittoriya Çeretti isə bir müddət əvvəl İtaliyanın “Vogue” jurnalının yeni buraxılışının üz qabığında yer almışdı.

Cütlük bundan əvvəl də Nyu-Yorkda keçirilən “Rolling Stones” tədbirində paparassilərin obyektivinə tuş gəlmişdi.

