Enn Heteuey People tərəfindən hər il yayımlanan “dünyanın ən gözəl insanları” siyahısında birinci yeri tutub.
43 yaşlı aktrisa jurnalın versiyasına görə ən cazibədar qadın seçilib və üz qabığında yer alıb. O, qara rəngli, dərin dekolteli və çiçək detallı libasda kamera qarşısına keçib. Görünüşünü zərgərlik aksesuarları, sadə makiyaj və səliqəli saç düzümü ilə tamamlayıb.
Müsahibəsində Enn Heteuey fiziki formasını qorumaq üçün şəxsi məşqçisi Monik İstvud ilə çalışdığını bildirib. Onun sözlərinə görə, məşqlərdə balet, yüksək intensiv interval məşqləri, pilates və yoga birləşdirilir.

Aprelin 14-də aktrisa Nyu-York-da paparazzilərə tuş gəlib. O, “Mother Mary” filminin təqdimat tədbirinə gedərkən qara şəffaf geyimdə görüntülənib.

