Türkiyəli məşhur aktrisa Sıla Türkoğlu bir müddətdir münasibətdə olduğu Ata Ayyıldızla nişanlanıb.
Şəxsi həyatını diqqət mərkəzindən uzaqda yaşamağa üstünlük verən aktrisadan sürpriz xəbər gəlib. Sıla Türkoğlu və sevgilisi Ata Ayyıldız sadə nişan mərasimi ilə münasibətlərini rəsmiləşdiriblər.

Bir müddətdir birlikdə olan cütlük bununla da evlilik yolunda ilk ciddi addımı atıb.
Sakit və gözlərdən uzaq şəkildə keçirilən nişan mərasimi ilə bağlı xəbər qısa müddətdə Türkiyə maqazin gündəminin diqqətini çəkib.

