Amerikalı aktrisa Ancelina Colinin Ukraynaya gəldiyi bildirilir. UNIAN-ın məlumatına görə, aktrisanın əvvəlcə Ternopolda, daha sonra isə Lvov istiqamətində görüldüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb.
UNIAN yazır ki, şahidlər Colini mühafizəçilərin müşayiəti ilə avtomobildə gördüklərini iddia edirlər. Bununla belə, aktrisanın Lvova çatması və ya səfərinin məqsədi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Coli Ukraynaya bundan əvvəl də səfər edib. O, 2022-ci ildə Lvovda məcburi köçkünlərlə və könüllülərlə görüşmüşdü.

