İsveç kralı Karl XVI Qustav Ukraynaya səfər edib.
Monarx Lvov şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.
Bildirilib ki, bu səfər İsveç kral ailəsinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəyini ifadə etmək məqsədi daşıyır.

Zelenski görüşlə bağlı bildirib:
“İsveç kralı Karl XVI Qustav səfərinə mənimlə birlikdə həlak olan əsgərlərimizin xatirəsini yad etməklə başladı. Bu hörmətə görə minnətdarıq.”
Qeyd edək ki, 80 yaşlı kral səfərə İsveç xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə gəlib.

Karl XVI Qustav Ukraynaya sonuncu dəfə 2008-ci ildə kraliça Silviya ilə birlikdə səfər etmişdi.

