31 
iyl
2023
12:54
251

İmtahandan 677 bal toplayan xanım abituriyent bu universiteti seçdi (FOTO)

31 iyl, 2023
12:54
251

İmtahandan 677 bal toplayan xanım abituriyent bu universiteti seçdi (FOTO)

Bu il III qrup üzrə qəbul imtahanından ən yüksək bal toplayan abituriyentlərdən biri də Həsənzadə Kubradır. O, 677 bal toplayaraq, ümumilikdə qəbul imtahanında ən yüksək nəticə əldə edən abituriyentlərdən olub.
 
Den.az bildirir ki, Publika.az Kubra ilə söhbətləşərək onun uğurunun sirrini öyrənib.
 
- Hansı universitetdə təhsil almağı qərar vermisiniz?
 
- Bakı Dövlət Universitetinin hüquq fakültəsində ingilis dilində təhsil almağı düşünürəm.
 
- Hüquqşünas olmaq arzunuz haradan qaynaqlanıb?
 
-Demək olar ki, nəslimizdə xeyli insan bu sahə ilə məşğuldur. Mən də belə mühitdə böyüdüyüm üçün daha da həvəslənmişəm. Ona görə də hüquqşünas olmaq istəyirəm.
 
- İdeal olaraq seçdiyiniz şəxs var idimi?
 
- Xeyr, yox idi. Özüm ideal olmaq istəyirəm.
 
- Xaricdə təhsil haqda düşünürsünüz?
 
- Hələ ki, elə bir fikrim yoxdur. Düşünürəm ki, universitet müddətində hansısa proqramla hazırlaşıb xaricə gedərəm. Bu, alınmayacağı təqdirdə, xaricdə magistr təhsili haqda fikirləşə bilərəm.
 
- Xarici ölkələrdən təklif gəlsə dəyərləndirərsiniz?
 
- Hələ ki, dəqiq bilmirəm. Bunun üçün düşünməliyəm.
 
- Universitetə hazırlaşdığınız dönəmdə hansı çətinliklərlə üzləşdiniz?
 
- çətinliyim elə də olmadı, çünki əvvəldən də yaxşı oxuyurdum.
 
-Məktəb təhsillinin səviyyəsi haqda fikirlərin maraqlı olardı...
 
- Orta məktəbdə yuxarı siniflərdə laqeydlik çoxdur. Həm şagirdin dərsə, həm də müəllimin şagirdə qarşı. Düşünürəm ki, yüksək nəticə əldə etmək üçün məktəb təhsili yetərli deyil. Bunun üçün öz üzərində çalışmalı, repetitor yanına getməlisən.
 
-Belə yüksək nəticə gözləyirdiniz?
 
- Sözün açığı yox, gözləmirdim. Düşünürdüm ki, 650-dən yuxarı olmaz.
 
-Universiteti necə təsvir edirsiniz?
 
- Şagirdlər 11 il eyni həyatı yaşayır. Məktəb həyatını artıq çox yaxşı bilirəm. Mənim üçün universitet yeni həyat, yeni səhifədir.
 
-Deyirlər sınaqlar qəbul imtahanından çətin olur. Siz necə düşünürsünüz?
 
- Sınaq imtahanda lazımsız çətin suallar salınır. Sınaqda rastlaşdığım qəliz sualların heç biri ilə imtahanda rastlaşmadım. Məncə, sınağa özləri bilə-bilə çətin suallar salırlar ki, şagirdlərin nəyi bilib, nəyi bilmədiyini öyrənsinlər. Çox vaxt sınaqdan az bal toplayanlar imtahanda daha yüksək nəticə göstərir.
 
- İmtahanda olan hansı sual sizə çətin gəldi? Ümumiyyətlə, imtahan çətin idimi?
 
- İmtahan elə də çətin deyil idi. Sadəcə açıq suallar çox düşündürücü idi. Xüsusi olaraq hansısa fənn çətin deyildi.
 
- Uğur əldə etmiş biri kimi abituriyentlərə nə tövsiyə edərdiniz?
 
- Həqiqətən uğur və gözəl gələcək istəyirlərsə, usanmadan, yorulmadan oxusunlar. Ən azından son iki ildə cəhd etsinlər. Həmçinin inansınlar ki, alınacaq. Mən inandım, alındı.
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar