Bakının Səbail rayonunun Badamdar qəsəbəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, partlayış binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala görə, qaz cihazında baş verib.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

