ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmentini nəzərdə tutan qətnaməni gündəlikdən çıxarıb.
Səsvermənin rəsmi nəticələrinə əsasən, 232 konqresmen qətnamənin gündəlikdən çıxarılmasının lehinə, 147 nəfər əleyhinə səs verib, 47 qanunverici isə “iştirak edirəm” mövqeyini seçib. Daha 7 nəfər səsvermədə iştirak etməyib.
Qətnaməni Texasdan demokrat konqresmen Al Qrin təqdim edib. Sənəddə Tramp administrasiyasının immiqrasiya siyasəti və federal immiqrasiya qurumlarının fəaliyyəti impiçment təşəbbüsünün əsasları kimi göstərilib.
Beləliklə, Trampa qarşı irəli sürülən növbəti impiçment təşəbbüsü Nümayəndələr Palatasında irəliləməyib.

