Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

Bakıdan qədim xalçaları aparmaq istəyən iranlı tutuldu - FOTO


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Den.Az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən İran vətəndaşı Fatahei Hosseinəməxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb.

Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı bir əsrdən çox olan altı ədəd qədim xalça aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız