Suriyada benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar ölkənin əsas magistrallarından birində hərəkətin dayanmasına səbəb olub.
“Alikhbariah” telekanalının məlumatına görə, etirazçılar ölkənin şimal və cənub hissələrini birləşdirən M-5 beynəlxalq avtomobil yolunu İdlibin cənubunda yerləşən Maarret ən-Numan şəhəri yaxınlığında bağlayıblar.
Rakkada isə təhlükəsizlik qüvvələri yolu açıb və etirazçıların hərəkəti məhdudlaşdırmaq üçün yandırdığı təkərləri söndürüblər.
Yanacağın qiymətinin artırılmasına qarşı aksiyalar Suriyanın digər bölgələrində də keçirilib. Hələb vilayətinin şimalındakı Mari və Əl-Bab şəhərlərində də sakinlər küçələrə çıxıblar.

