Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, qəza Sabunçu rayonu ərazisində qeydə alınıb.
Məlumata əsasən, 36 yaşlı Emin Yavər oğlu Əsgərovun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində motosiklet sürücüsü və onun sərnişini olan anası — 68 yaşlı Xuraman Əminağa qızı Əsgərova hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.

