“Kızılcık Şerbeti” serialında canlandırdığı Aylin obrazı ilə tanınan aktrisa Hamide Akkuş sevgilisi Tuğay Erçinslə nişanlanıb.
İstanbulda ailə üzvləri və yaxın dostlarının iştirakı ilə keçirilən mərasimdə cütlük evlilik yolunda ilk addımını atıb.
Mərasimin ən əyləncəli anları isə nişan üzüklərinin lentinin kəsilməsi zamanı yaşanıb. Ənənəvi “qayçı kəsmir” zarafatı zamanı üzük sinisini tutan şəxs verilən bəxşişi az hesab edib və bundan sonra məclisdə maraqlı anlar yaşanıb.

Bəy və qonaqlar siniyə ard-arda 200 lirəlik əsginaslar qoyublar. Qısa müddətdə üzük sinisi pulla dolub.
Həmin anlar qonaqların mobil telefonları ilə lentə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük maraq doğurub.

