Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında hələdə davam edir. Bu sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.
“Den.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.
"Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur", - o qeyd edib.
Rubinyan vurğulayıb: "Biz sülhə doğru irəliləyirik".
"Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir", - o əlavə edib.