Uşaqlar ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir.
Ulu Öndər Heydər Əliyevində dediyi kimi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı da bundan asılı olacaqdır".
Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub.Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və məhz bu gündə davam etdirilir.Ölkəmizin hər yerində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edilir.
"Den.az" xəbər verir ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən, Vətən Müharibəsi şəhidlərimizin övladlarınında iştirak etdiyi tədbir Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Xırdalan şəhər Mədəniyyət mərkəzində tədbirdə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Hüseyn Hüseynov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, rayon ictimaiyyəti, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, pedoqoji kollektiv və uşaqlar iştirak ediblər.
Tədbir Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindən dəvət olunmuş uşaqların ifasında maraqlı çıxışlarla davam edib. Balaca fidanlar hazırladıqları səhnəcikləri, musiqi və rəqs nömrələrini məharətlə nümayiş etdiriblər.Hazırlanan çıxışlar maraqla qarşılanıb.
Çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Hüseyn Hüseynov 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edib. Bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları ürəkdən təbrik edib.Onlara sağlamlıq və xoşbəxtlik arzulayıb.
Təbriklərə qoşulan Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova bütün uşaqları təbrik edib, onların şən və firavan böyümələrini arzulayıb.Xatirə İsmayılova həmçinin bildirib ki, ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.
Möhtəşəm tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, uşaqlarımızın müdafiəsi istiqamətində çox mühüm sənədlərin imzalandığını, müxtəlif layihələrin həyata keçiridiyini vurğulayan İlhamə Abdullayeva bildirib ki, gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hazırda dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür. “Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin hal-hazırda fəaliyyət göstərən bağçaların əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Sonda bir sıra məktəbəqədər təhsil müəssisələri fəxri fərmanla təltif olunub.
Bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi olan balalar, bayramınız mübarək...
Şahnaz Əliyeva
Den.az