“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə etsək millətimizin və dövlətimizin taleyi bundan birbaşa asılı olacaq”.
Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər indi də öz aktuallığını qoruyur. Bu gün gələcəyimizin əmin əllərdə olması üçün bütün zəruri addımlar atılır. Sağlam gələcəyin əsas təminatçısı isə uşaqlarımızın təlim-tərbiyyəsində mühüm rol oynayan təhsil müəssisələridir. Bu baxımdan uşaq bağçalarının fəaliyyəti xüsusilə fərqlənir.
Denaz.Tv xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan uşaq bağçalarında gələcəyimizin sağlam və savadlı yetişməsi üçün hər bir şərait yaradılıb. Sumqayıt şəhərində yerləşən 6 saylı körpələr evi-uşaq bağçasında çəkiliş apararkən bir daha bunun şahidi olduq.
Qeyd edək ki, adıçəkilən müəassisə bağça kimi 1956-cı ildən fəaliyyət göstərir. 5 qrupluq və 95 yerlik bağça 2016-cı ildə əsaslı təmir olunub. Əsasən 2-3 və 3-4 yaş qrupları üzrə təlim-tərbiyə verilir.
Müəssisə rəhbərliyi bağçada "Zəfər Günü" və "Yeni İl"lə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini, şəhər üzrə açıq məşğələlərin verildiyini diqqətə çatdırıb.
Bundan başqa, baxçada uşaqların səmərəli vaxt keçirməsi, normal qidalanması, yatması üçün hər cür şərait yaradılıb. Uşaqların nitqi və zehni inkişafı üçün tərbiyəçi müəllimlər tərəfindən xüsusi metodlarla təlimlər keçilir. Bunun nəticəsidir ki, bağçada təhsil alan azyaşlılar çox aktiv olmaqla yanaşı, həm də vətənpərvər ruhda böyüyürlər.
Qeyd edək ki, bağçada balaca körpə fidanlarımız biri-birindən rəngli və yeni invertarla təmin edilib. Bundan başqa, müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. Burada uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır.
Hər uşağın gələcəkdə şəxsiyyət kimi formalaşmasına, əxlaqi keyfiyyətlərinin inkişafına böyük təsir edir bağçalarda bu cür şəraitin yaradılması dövlətin və sözügedən sahəyə cavabdeh olan aidiyyatı qurumların yorulmaz fəaliyyətinin və gərgin əməyinin nəticəsidir.
Gələcəyimiz olan uşaqlara necə tərbiyə verilir? - Sumqayıtdakı 6 saylı bağçadan VİDEOREPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.