Abşeronda yerləşən Leyla Psixologiya Mərkəzində “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan tədbir keçirilib.
Den.az xəbər verir ki, tədbirdə mərkəzin pedeqoji kollektivi, nur üzlü gül balalar və valideynlər iştirak edib.
Rayonun Ceyranbatan qəsəbəsi ərazisində təşkil edilən şənlikdə əvvəlcə mərkəzin direktoru-psixoloq Leyla Cabbarova çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Bildirilib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra mərkəzinin yetirmələrinin iştirakı ilə bir birindən maraqlı konsert proqramı təqdim edilib.
Qeyd edək ki, bu cür şənlikdən Leyla Psixologiya Mərkəzi tərəfindən mütəmadi olaraq təşkil edilir.
Leyla Psixologiya Mərkəzində uşaqlar bayramı belə qeyd etdi-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.