"Yeni Sumqayıtda kanalizasiya kabusu yaşanır”.
Den.az xəbər verir ki, 2000-dən çox sakinin həyatı çirkab suyun içində" keçir desək yanılmarıq. Aidiyyatı qurum isə ərazidə kanalizasisya şəbəkəsinin olmadığını bildirir.
Sakinlər yaşadıqları evin zirzəmisindən əlləri ilə su çəkir. Ətraf ərazi çirkab və kanalizasisya sularına qərq olub. Sumqayıt şəhərinin "Yeni Sumqayıt" yaşayış massivində illərdir davam edən kanalizasiya problemi sakinləri cana yığıb.
Sakinlərin sözlərinə görə, 2 mindən çox insanın yaşadığı bir məhəllədə ən vacib kommunal infrastruktur – kanalizasiya şəbəkəsi – ümumiyyətlə mövcud deyil. İllərdir aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur. Yağış yağan kimi küçələr gölə çevrilir, zirzəmilər çirkab su ilə dolur, yayda isə bu sular üfunətli qoxu yayaraq həm sanitar, həm də ekoloji təhlükə yaradır.
Sakinlər bildirir ki, "Uşaqlar bu şəraitdə böyüyür. Yollar keçmək mümkün deyil, zirzəmidəki çirkab su evin içini nəmiş edir, xəstəlik yayılır" . Ən təəccüblüsü isə odur ki, aidiyyatı qurumlara edilən müraciətlərə verilən cavablar bu problemin hələ uzun müddət həll olunmayacağını göstərir.
Sakinlər aidiyyəti qurumlardan problemin dərhal araşdırılmasını, ərazidə kanalizasiya sisteminin çəkilməsini və bu humanitar böhranın aradan qaldırılmasını tələb edirlər. İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Agentliy Sumqayıt Su kanal İdarəsindən Denaztv-yə bildirilib ki, “Ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil”. Ancaq sakinləri müraciəti əsasında həmin ünvana baxış keçiriləcək və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.