Kanalizasiya xətti tutulub, yolları, evlərin həyətlərini və zirzəmiləri çirkab sular basıb. Ərazidə antisanitar vəziyyət yaranıb.
Den.az xəbər verir ki, hadisə Abşeron rayonun Xırdalan şəhəri Dilarə Əliyeva küçəsində yaşanır.
Sakinlərin sözlərinə görə, kanalizasiya xətti 15 il bundan öncə elə küçə salınanda istismara verilib. Həmin vaxt bu küçədə təqribən 5 ya 6 ev olub. Xətt də məhz həmin evin sayına görə nəzərdə tutulub. Ancaq illər keçdikcə yaşayanların və tikintilərin sayı çoxalıb. Ancaq bu gün istifadə edilən kanalizasiya xətti yenilənməyib. Ona görə də 150 mm boru xətti yüklənməyə tab gətirmir. Yağış oldu olmadı çirkab sular həyətlərə, yollara və evlərin zirzəmilərinə dolur. Hətta vəziyyət o yerə çatıb ki, sakinlərdən bəziləri öz həyətlərində şambolardan istifadə edirlər.
Mövcud vəziyyətdən Abşeron Su Meliorasiya sistemlərinin istismarı idarəsi də xəbərdardır. Adı çəkilən qurumun baş mühəndisi Ramil İbadov bildirilib ki, Abşeron Rayon Xırdalan şəhəri Dilarə Əliyeva küçəsində kanalizasiya xəttinin diametri illər öncə orada yaşayan sakinlərin tələbatına uyğun inşaa olunub. Hal- hazırda tikintin sayın artması,əhalinin sayının artmasına və buda borunun normadan artığ yüklənməsinə səbəb olub. Abşeron Su Meliorasiya sistemlərinin istismarı idarəsinin qəza briqadası tərəfindən mütəmadi olaraq həmin xəttə yaranan tıxaclar aradan qaldırılır. Məsələnin həlli üçün isə sözügedən küçədə diametri daha böyük olan kanalizasiya xəttinin işaa olunmasıdır və istiqamətdə təkliflər hazırlanaraq cari ilin tədbirlər planına salınması nəzərdə tutulub.
Nizami Rəsulov
Den.az
Xırdalanda illərdir istifadə olunan kanalizasiya xətti sıradan çıxıb: EVLƏRİN ZİRZƏMİLƏRİ ÇİRKAB SULARLA DOLUB-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.