Aramsız yağan yağış Abşeron rayonun Xırdalan şəhərində kanalizasisya xəttlərin daşması ilə nəticələnib. 100-ə yaxın ev çirkab suların içində qalıb.
Belə ki, Xırdalan şəhərinin Zərdabi və digər küçələrində vəziyyət o qədər ağırdır ki, insanlar öz evlərinə daxil ola bilmirlər. Acınacaqlı vəziyyətdə olan kanalizaisya xəttləri sıradan çıxıb. Evlərin həyətlərinə kanalizasiya suları daxil olub. Vəziyyət o yerə çatıb ki, bəzi ərazilərdə suyun hündürlüyü bir metrə qədər qalxıb.
Sakinlər bildiriblər ki, ərazidə suyun çəkilməsi üçün 3 nasosxana olsada, onlardan yalnız ikisi işləyir. Bu da Zərdabi və digər küçələrdə xidmətin həyata keçirilməsinə imkan vermir. Hazırda adıçəkilən küçələrdə yaşayan insanlar evlərindən çölə çıxa bilmir. Yalnız xüsusi uzunboğaz çəkmələrdən istifadə etməklə həyətlərə düşə bilirlər.
Qeyd edək ki, kanalizasiya sisteminin daşması və küçələrin sel sularına qərq olması təkcə insanların deyil, avtomobillərin də hərəkətini iflic edib. Sakinlərin sözlərinə görə, dəfələrlə müraciət etsələr də, aidiyyatı qurumların nümayəndələri əraziyə gəlməkdən boyun qaçırırlar. Əraziyə gəlmək bir yana, heç telefonlara da cavab verən tapılımır.
Hər yer acınaqlı və keçilməz haldadır. Abşeron Su və Meliorasiya Sistemləri idarəsindən Denaz.tv-ə bildirilib ki, Nasosxananın işlək vəziyyətə gətirilməsi üçün Bakı Su kanal idarəsi ilə əlaqə saxlanılıb. Hələki onlardan bir cavab yoxdur. Su Ehtiyatları Agentliyi isə mövcud problemə bu cür aydınlıq gətirib.
Adı çəkilən qurumdan bildirildi ki, problemin qısa vaxt ərzində aradan qaldırılması üçün tədbirlər görülür. Görünən odur ki, Xırdalanın kanalizasiya və su probleminə cavabdehlik daşıyan qurumun rəhbərləri öz isti evlərində oturaraq "mən salim olum, cümlə cahan batsa da batsın" prinsipinə əməl edirlər. Belə olmasa idi, öz isti yuvalarından başlarını çıxarıb şəhərin "Venesiyaya" necə çevrildiyinə baxar və utanc hissi keçirərdilər. Ancaq təəssüflər olsun ki, 100-dən çox evin su altında qalması və insanların sözün əsl mənasında əziyyət çəkməsi aidiyyatı qurumun rəhbərini narahat etmir. Odur ki,Abşeron Su və Meliorasiya Sistemləri idarəsinin rəbhərliyi "papağını qarşısına qoyub yaxşıca fikirləşməlidir".
Xırdalanda 100 -ə yaxın ev kanalizasiya sularının içində qalıb : ŞOK GÖRÜNTÜLƏR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.