Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovun növbəti vətəndaş qəbulu olub.
Den.az xəbər verir ki, qəbul zamanı şəhər sakinlərinin müxtəlif sahələr üzrə müraciət və təklifləri dinlənilib, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar əsasən mənzil-məişət məsələləri, sosial problemlər, yaşayış infrastrukturu, abadlıq, sənədləşmə və digər mövzularla bağlı müraciətlərini səsləndiriblər. Adil Xudadatov hər bir vətəndaşı diqqətlə dinləyərək onların müraciətlərinə fərdi yanaşıb və bəzi məsələlərin yerindəcə həll olunması üçün aidiyyəti şöbə rəhbərlərinə konkret göstərişlər verib.
Qəbul zamanı xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sakinlərin rifah halının yaxşılaşdırılması ilə bağlı fikirlər müzakirə olunub. Bələdiyyə sədri qeyd edib ki, vətəndaşların müraciətləri yerli özünüidarə orqanlarının fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir:
Sonda qəbulda iştirak edən vətəndaşlar səsləndirdikləri məsələlərə göstərilən diqqətə görə bələdiyyə sədrinə təşəkkürlərini bildiriblər.
Xüsusilə vurğulayaq ki, Sumqayıt Bələdiyyəsi tərəfindən bu kimi qəbullarının keçirilməsi, vətəndaşlarla birbaşa ünsiyyətə, eləcədə onların sosial rifahının yüksəldilməsinə xidmət edir.